İnsanlar uzun illər boyu bu suallara cavab
axtarıblar: Toyuq əvvəl yaranıb, yoxsa yumurta? Stəkan yarıya qədər doludur,
yoxsa yarıya qədər boş? Toyuq yolu niyə keçdi? və s. Ayrı-ayrı vaxtlarda bu
sualların hər birinə cavab tapdığıma baxmayaraq, bu cavabların insan həyatı
üçün bir qram da əhəmiyyət daşımadığı qənaətinə gəlmişəm. İndicə hamısını ətraflı
izah edəcəm.
Elə birinci sualdan başlayaq. Toyuq yoxsa yumurta? Cavab verirəm:
yumurta. İzahı əslində çox sadədi, kiçik bir məntiqi priyom. Təkamül nöqteyi-nəzərindən,
yumurta bir nəsilartırma vasitəsi olaraq toyuq və ümumiyyətlə, quşlardan
çox-çox əvvəl yaranıb. Bunu sürünənlərdə (məsələn, ilan) də müşahidə etmək
olar, hətta dinozaurların da yumurta qoymaqla çoxaldığı insan övladına sirr
deyil. Yox, əgər söhbət məhz toyuq yumurtasından gedirsə, o da ilk dəfə bir
toyuğun qarnında formalaşan yumurtaya deyilir və aydın məsələdir ki.. toyuqdan
sonra yaranıb. Bəs ilk toyuq necə yaranıb? Hər halda dinozaur yumurtasından
çıxmayıb, amma yumurta ilə çoxalan heyvanların təkamülü nəticəsində uzun illər ərzində
formalaşıb. Və toyuqlar inkişaf etdikcə, yumurtaları da özlərinə uyğun dəyişib,
inkişaf edib.
Yarıya
qədər su olan stəkan - yarıya qədər doludur, yoxsa yarıya qədər boş? Daha bir kvadrat sual, az qala pessimist və optimistlərə bu stəkanla diaqnoz qoyub
yola salırlar işlərinin dalıyca. Cavab verirəm: bu, stəkanın əvvəlki vəziyyətindən
asılıdır. Yəni, stəkan əvvəl dolu idisə, indi yarıya qədər boşalıb və ya əksinə.
Bu misaldan alınacaq dərs ondan ibarətdir ki, hansısa situasiyanı qiymətləndirərkən
əvvəlki vəziyyəti və indiki hala gətirib çıxaran səbəbləri də nəzərə almaq lazımdı. Məşhurlardan biri demişkən, hər hansı problemdən çıxış yolu elə
giriş yerindədir.
Və sonuncu sualımız. Psixologiyada uzun illər
məhək daşı olan, hətta filosofları da əsrlər boyu narahat edən o məşhur sual:
Toyuq yolu niyə keçdi? Heç dəxli var?! Keçdi, lap əcəb elədi, hələ üstəlik
qarnında dinozaur yumurtasını da yolun o biri tərəfinə keçirdi, başqa? Bəlkə o
keçdiyi elə demoktratiya yolu imiş, xəbərimiz yox?! Bəlkə bizim bu toyuq yolu
keçib gedirmiş eşşəklərin (ABŞ-da Demoktratlar Partiyasının simvoludur) yanına?!
Qısası, belə lazımsız işlərə və suala görə beyin hüceyrələrinin ömrünü
qısaltmağa dəyməz.
İndi
daha aşikar göründüyü kimi, bu sərsəm suallar həyatımızın axınını dəyişəcək bir
qüdrətdə deyillər və dərhal istifadədən çıxarılması şiddətlə tövsiyə olunur.
P.S.
Uzun illər sürən gərgin araşdırmalardan sonra nəhayət ki, alimlər
bu yaxınlarda daha bir sualın cavabını tapa biliblər: Həyat nədir?
Bu
barədəysə bir qədər sonra.
No comments:
Post a Comment